Küveyt əmiri hökumətin istefasını qəbul edib

Küveyt əmiri hökumətin istefasını qəbul edib

Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, əmirin fərmanına əsasən, həm baş nazir, həm də Küveytin hökuməti yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Bundan əvvəl istefanı Küveytin vəliəhdi Məşəl əl-Əhməd əs-Sabah da təsdiqləyib.
Öncə o, bununla bağlı gedən hökumətin başçısı ilə görüş keçirib. İstefa məktubu Nazirlər Kabineti tərəfindən şənbə günü təqdim edilib.

Xəbəri paylaş

VİDEOLAR