Kurtlar vadisi serialının məşhur aktyoru ölüb

Kurtlar vadisi serialının məşhur aktyoru ölüb

Məşhur türkiyəli aktyor Haldun Boysan vəfat edib.

Rasthaber Trend-ə istinadlı məlumatına görə, 62 yaşlı aktyor serial çəkilişləri üçün getdiyi Nevşehir şəhərində hoteldə ürək tutması nəticəsində həyatını itirib.

Aktyoru təcili yardımla xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, H.Boysan “Kurtlar vadisi” serialında Tombalacı rolu ilə məşhurluq qazanıb.

Xəbəri paylaş

VİDEOLAR