Kuba: ABŞ süni surətdə münaqişələr, qeyri-ənənəvi və ticari müharibələr törədir

Kuba: ABŞ süni surətdə münaqişələr, qeyri-ənənəvi və ticari müharibələr törədir

Nazirin sözlərinə görə, ABŞ silahlanma yarışında xalqların dayanıqlı inkişafı üçün lazım olan resursları sərf edir.

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes BMT Baş Assambleyasında çıxış edərkən ABŞ-ın rəftarını “beynəlxalq sülh və təhlükəsizlik üçün ən böyük təhdid” adlandırıb.

“ABŞ-ın məsuliyyətsiz rəftarı beynəlxalq sülh və təhlükəsizlik üçün ən böyük təhlükədir. Onlar süni surətdə münaqişələr, qeyri-ənənəvi və ticari müharibələr törədirlər və sərt birtərəfli məcburi tədbirlər tətbiq edirlər”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, ABŞ silahlanma yarışında xalqların dayanıqlı inkişafı üçün lazım olan resursları sərf edir.

Rodriqes əlavə edib ki, ABŞ ətraf mühitin mühafizəsi, silahsızlaşdırma və silahlara nəzarətə dair sazişlərə məhəl qoymur.

“Sanki onlar bütün planetlər, onun həyati əhəmiyyətli resursları və onun əhalisi ilə müharibə aparırlar”, – deyə o bildirib.

Xatırladaq ki, Kuba ABŞ-ın pandemiya dövründə 7 Kuba təşkilatını sanksiya siyahısına əlavə etməsini cinayət adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR