Fələstin Hökumətinin Qəzzə üzrə İnformasiya Ofisi “Kərəm Əbu Salim” keçidinin bağlanmasının davam etməsi və bölgəyə humanitar yardımın daxil olmaması barədə xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki hökumət İnformasiya Ofisi bu gün çərşənbə axşamı bildirib: “Sionist rejimin Kərəm Əbu Salim keçidini üçüncü gündür ki, bağlaması Qəzzə zolağında humanitar fəlakəti daha da artırır. Yardımın azlığını və alternativlərin olmadığını nəzərə alsaq, bu keçidin davamlı olaraq bağlanması aclıq böhranını daha da dərinləşdirəcək.”
Ofis vurğulayıb: “Dərman və tibbi avadanlıqların ölkəyə girişinin qarşısının alınması Qəzzədə minlərlə xəstə və yaralı insanı ölüm təhlükəsi ilə üzləşdirir. Kərəm Əbu Salim keçidinin bağlanmasının davam etməsi həmçinin yanacaq böhranını daha da gücləndirəcək, bu da xəstəxanaların bağlanması deməkdir. Habelə, bu keçidin bağlanması dağıntılar altında qalan 10 mindən çox şəhidin cəsədinin tapılmasının qarşısını almaq deməkdir. Qəzzə zolağının əhalisini aclıqdan öldürmək siyasətindən müharibə aləti kimi istifadənin davam etdirilməsi beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.”Sionist rejim baş nazirinin ofisi bazar günü atəşkəs razılaşmasını pozaraq, bütün malların və yardımların Qəzzə zolağına daxil olmasını qadağan edib.