Azərbaycan ərazisindəki Rusiya sülhməramlılarının fəaliyyəti artıq rəsmi Bakı ilə müzakirə predmeti olacaq.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Hələ, çətin ki, kimsə bu suala cavab versin, çünki hazırda söhbət Azərbaycan ərazisində gedən missiyadan gedir. Bu, Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq“, – deyə o, rusiyalı sülhməramlıların qondarma rejimin özünü buraxması qərarından sonrakı taleyi barədəki sualı cavablandırarkən qeyd edib.