Qərb Gürcüstan rəhbərliyinə təzyiq göstərmək və seçki kampaniyasının gedişatına təsir etmək istəyir.
Az.rasthaber.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“(Gürcüstandakı) seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb ölkələrinin Gürcüstanın hazırkı rəhbərliyinə açıq-aşkar təzyiq göstərmək və seçki kampaniyasının gedişatına açıq-aşkar birbaşa təsir etmək cəhdlərini görürük“, – deyə o qeyd edib.
Moskvanın ünvanına səsləndirilən ittihamlarla bağlı da danışan Peskov ölkəsinin Gürcüstanın daxili işlərinə qarışmadığını deyib.
“Biz heç bir şəkildə Gürcüstannı daxili işlərinə qarışmırıq və qarışmağa da hazırlaşmırıq” – deyə o bildirib.
Pesko Rusiya-Gürcüstan münasibətlərini də şərh edib.
“Gürcüstan bizim qonşumuzdur, siz bizim ikitərəfli münasibətlərimizdəki bütün çətinlikləri bilirsiniz, bununla belə bu çətinliklər iki ölkənin cəmiyyətlərinin, xalqlarının xətti ilə humanitar əlaqələrin inkişafına mane olmur”, – deyə o əlavə edib.
O, hər iki ölkənin sakinlərinin qarşılıqlı səfərlər etdiyini də qeyd edib.