Kosova parlamenti yenidən seçiləcək

Kosova parlamenti yenidən seçiləcək

Prezident vəzifəsini müvəqqəti olaraq Parlament sədri Vyosa Osmani öhdəsinə götürdü.

Rasthaber xəbər verir ki, bu barədə Kosovo Məclis sədri Vyosa Osmani məlumat verib: “Kosovo Mərkəzi Seçki Komissiyasına seçkilərin təşkili və keçirilməsi üçün lazımi tədbirlərin görülməsi üçün təlimat verdim”.

Xatırladaq ki, Kosovo Prezidenti Haşim Taçi, keçən ilin noyabrında Laheydəki Kosova üzrə xüsusi prokurorluğun hazırladığı hərbi cinayət iddianaməsinin məhkəmə tərəfindən qəbul edilməsindən sonra vəzifəsindən istefa etdi. Taçinin istefasından sonra prezident vəzifəsini müvəqqəti olaraq Parlament sədri Vyosa Osmani öhdəsinə götürdü.

Xəbəri paylaş

VİDEOLAR