Koronavirusun Britaniyada tapılan növünün ölüm faizinə təsiri yoxdur

Koronavirusun Britaniyada tapılan növünün ölüm faizinə təsiri yoxdur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus bildirib

Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, hələ koronavirusun yeni ştammının ağır xəstəliklər və ya ölümə səbəb ola bilməsinin sübutları yoxdur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus bildirib.

“Böyük Britaniya xəbər verdi ki, bu yeni variant daha asan ötürülür, lakin hələ onun böyük ehtimalla ağır xəstəlik və ya ölümlə nəticələnməsinə dair sübutlar yoxdur”, – deyə o, qeyd edib.

ÜST başçısı deyib ki, bütün SARS-CoV-2 viruslarının ötürülməsini mümkün olduğu qədər tez yatırtmaq lazımdır.

“Biz ona nə qədər çox yayılmaq imkanı versək, onun da bir o qədər çox dəyişmək imkanı olacaq”, – deyə o, xəbərdarlıq edib.

Təşkilatın mütəxəssisi Mariya van Kerkxove bildirib ki, Böyük Britaniyada aşkar edilmiş yeni ştamm COVID-19 əleyhinə vaksinin effektivliyinə təsir etmir.

Xəbəri paylaş

VİDEOLAR