İran alimləri koronavirusdan qorunmaq üçün sprey icad ediblər
İran alimləri koronavirusdan qorunmaq üçün sprey icad ediblər, o, bu gün təqdim olunub.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə rəsmi IRNA agentliyi məlumat yayıb.
"Koronavirus əleyhinə spreyin təsiri belədir ki, onu maska və ya geyimin üzərinə vuranda koronavirus xüsusi üsulla tapılaraq deaktiv olunur", - Tehrandakı təqdimetmə mərasimində çıxış edən COVID-19-la mübarizə qərargahının rəhbəri bildirib.
Preparatın yaxın vaxtlarda İranda istehsal olunaraq yayılacağı gözlənilir.
Son məlumatlara görə, İranda pandemiya başlayandan 2,4 milyon nəfər koornavirusa yoluxub. 71 min nəfər COVID-19-dan dünyasını dəyişib. 800 min nəfərə yaxın insan 1 doza vaksin alıb. 204 min nəfər isə tam vaksinasiya olunub.