Koronavirusa yoluxmuş Zelenski xəstəxanaya yerləşdirilib

Koronavirusa yoluxmuş Zelenski xəstəxanaya yerləşdirilib

Bu barədə Ukrayna rəsmisi Mixail Podolyak bildirib.

Az.rasthaber.com “İnterfaks”-a istinadən xəbər verir ki, koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak xəstəxanaya yerləşdiriliblər.

Bu barədə Yermakın müşaviri Mixail Podolyak bildirib.

Xatırladaq ki, 9 noyabrda Zelenski və Yermak koronavirusa yoluxduqlarının müəyyən edildiyini deyiblər.

Podolyakın sözlərinə görə, prezident stasionar şəraitdə işləməyə davam edir, onun palatasına işləyə bilməsi xüsusi vasitələr gətirilib.

Zelenskinin ailəsi ilə də görüşmədiyi qeyd edilir, çünki o, sərt karantinə əməl edir.

Xəbəri paylaş

VİDEOLAR