Rusiya maliyyə naziri Anton Siluanov bildirib
Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi koronavirus infeksiyasının fonunda uşaqlı ailələrə əlavə dəstək üçün 555 milyard rubl ayırıb.
“555 milyard rubldan çox (vəsait) və ya uşaqlı rusiyalı ailələrə əlavə sosial dəstək tədibləri üçün ayrılan bütün vəsaitin 99%-i 2020-ci il iyul ayının əvvəlində vətəndaşların hesablarına yatırılıb”, – deyə bildirilir.
Rusiya maliyyə naziri Anton Siluanovun sözlərinə görə, ailələr ödənişlər üçün müraciət etməyə davam edir, bütün pullar vaxtında təqdim ediləcək.
Xatırladaq ki, daha öncə bildirilmişdi ki, iyulda 26 milyon uşağın valideynlərinə 10 min rubldan ödəmələr edilib.