Konqoda kilsəyə edilən hücumu İŞİD öz üzərinə götürüb

Konqoda kilsəyə edilən hücumu İŞİD öz üzərinə götürüb

Konqo Demokratik Respublikasının Kasindi şəhərində kilsəyə edilən bombalı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, İŞİD sosial mediadan verdiyi açıqlamada, Konqo Demokratik Respublikasının şərqində, Uqanda sərhədində yerləşən Kasindidəki protestant kilsəsinə təşkil edilən bombalı hücumun məsuliyyətini üzərinə götürüb.

Qeyd edək ki, bazar günü kilsədə keçirilən ayin zamanı bombalı hücumda 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR