Kolumbiyanın cәnub-qәrbindәki Korinto qәsәbәsindә minalanmış avtomobillə terror törədilib
Kolumbiyanın cәnub-qәrbindәki Korinto qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn partlayış zamanı 17 nәfәr yaralanıb.
Rәsmilәr hadisәnin terror aktı olduğunu bildiriblәr. Partlayış nәticәsindә xәsarәt alanlar bölgәdәki xәstәxanalara çatdırılıb. Partlayış zamanı әtrafdakı tikililәrә ciddi ziyan dәyib.
Ölkә prezidenti rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda hücumu qınayaraq deyib: ‘‘Terror qorxaqların silahıdır. Tәhlükәsizlik qüvvәlәrinә tәcavüzkarların tapılması ilә әlaqәdar göstәriş verdim. Harda olarsa olsun terrora qarşı mübarizә aparmağa davam edәcәyik’’.