Kolumbiya-İsrail matçında Fələstin bayrağı qaldırılıb

Kolumbiya-İsrail matçında Fələstin bayrağı qaldırılıb

FİFA U-20 Dünya Çempionatının qrup mərhələsində Kolumbiya ilə sionist İsrail arasında keçirilən oyunda tribunada Fələstin bayrağını açan kolumbiyalı tərəfdar saxlanılıb.

Az.rasthaber.com xəbər verir ki, Kolumbiya ilə işğalçı İsrail arasında matç davam edərkən, sionist İsrail tribunasına Fələstin bayrağını göstərən kolumbiyalı tərəfdarla ona cavab verən israillilər arasında gərginlik yaranıb.

Sosial mediada əks olunan görüntülərdə iki tərəf arasında mübahisə olduğu görülüb.

Kolumbiya prezidenti Qustavo Petro matçın görüntülərini Twitter hesabında paylaşaraq, "Kolumbiyanın Fələstin bayrağını açması qadağan deyil", - deyə qeyd edib.

Məlumat üçün qeyd edək ki, Argentinanın La Plata şəhərindəki Dieqo Armando Maradona stadionunda keçirilən qrup matçında Kolumbiya sionist İsraili 2:1 hesabı ilə məğlub edib.

Xəbəri paylaş

VİDEOLAR