Knesset üzvü: Fələstinlilərin anti-sionist əməliyyatı terror deyil

Knesset üzvü: Fələstinlilərin anti-sionist əməliyyatı terror deyil

İsrail parlamentinin üzvü Fələstinin işğala qarşı mübarizəsinin terror olmadığını və fələstinlilərin boğazında sümük kimi ilişib qalan sionist mühacirlərin də günahsız olmadığını deyib.

Az.rasthaber.com xəbər verir ki, Sionist Parlamentdə Əl Cəbhət partiyasının yeganə yəhudi üzvü Ofer Kassio bildirib ki, sionist mühacirlər işğalçı rejim əsgərlərinə qarşı hücumların əsas səbəbidir və İordan çayının qərb sahilinin işğal olunmuş yaşayış məntəqələrində aparılan əməliyyatlar terror deyil.

Ofer Kassio sionist Yediot Aharanot qəzetinə müsahibəsində deyib: Sionist mühacirlər fələstinlilərin boğazına ilişmiş sümük kimidirlər və işğalçı qüvvələr fələstinlilərin qanını tökməkdə məsuliyyət daşıyırlar.

O, sözlərinin davamında deyib ki, bütün hadisələrin başlanğıcının səbəbi işğalçı İsrail rejimidir və bütün nəticələrin məsuliyyəti bu rejimin üzərinə düşür.

Xəbəri paylaş

VİDEOLAR