İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabındakı paylaşımında bildirib ki, sionist İsrail rejimi Fələstində hərbi cinayətlər və soyqırımı, regional və qlobal terrorizmi yaymaqla Fələstin, region və dünya xalqlarının qəlbinə qəzəb və nifrət toxumları səpib.
Nasir Kənani X-ə göndərdiyi mesajda bildirib:
"İsrail rejimi Fələstində hərbi cinayətlər və soyqırımlar törətməyə davam edərək, ölkələrin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozaraq, regional və qlobal terrorizmi yaymaqla beynəlxalq sülh, sabitlik və təhlükəsizliyi təhdid edir. Bu, Fələstin, region və dünya xalqlarının qəlbinə qəzəb və nifrət toxumları əkmək deməkdir."
Kənani yazısını belə davam etdirib:
“Çox uzaq olmayan gələcəkdə İsrailin quldur və irqçi rejimi ədalət axtaran xalqların və dövlətlərin qəzəbini və odlu fırtınalarını biçəcək. “Qazandıqlarının müqabilində az gülüb çox ağlasınlar!” (ət-Tövbə, 82) buyurdu.