Kənani: İsrail rejimi beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir

Kənani: İsrail rejimi beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist aparteid rejiminin təcavüz üzərində qurulduğunu və sülhə təhdid olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim hərbçiləri 1982-ci il sentyabrın 16-dan 18-dək 20 mindən çox sakini olan Səbra və şətila Fələstin düşərgələrinə hücum edərək, oradakı sakinləri qırğın ediblər. 

Sionist rejimin Səbra və Şətila cinayəti zamanı kişi, qadın uşaq və qocalar da daxil olmaqla onların sakinlərinin çoxu şəhid oldu, hansı ki,  əksəriyyəti fələstinli, bəziləri isə livanlı idi.

Sionistlərin və muzdlularının Səbra və Şətila düşərgələrinin sakinlərinə qarşı cinayəti ardıcıl üç gün davam etdi və bu vəhşi hücumda həlak olanların sayının 3500-5000 nəfər arasında olduğu təxmin edilir.

Həmin münasibtlə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani cümə günü sosial şəbəkələrindəki öz şəxsi səhifəsində Səbra və Şətila cinayətlərinin 40-cı ildönümünə toxunaraq, yazıb: "Bu gün, 16 sentyabr, Beyrutun cənubundakı Səbra və Şətila düşərgələrində fələstinli qaçqınların 3 günlük ağlasığmaz, iyrənc qırğınının başlanmasından 40 il ötür. Bu, bu saxta rejimin ilk cinayəti deyil, sonuncusu da olmayacaq".   

İranın Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, aparteid sionist rejimi təcavüz, cinayət və beynəlxalq hüquq və insan haqlarının kobud şəkildə pozulması üzərində qurulub və həmişə beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə olaraq qalacaq. 

Xəbəri paylaş

VİDEOLAR