"Kiyev əvvəl irəli sürdüyü konsepsiyadan uzaqlaşır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın əvvəlcə irəli sürdüyü konsepsiyanın müddəalarını açıqlayıb.

Az.rasthaber.com sputnik-ə istinadən xəbər verir ki, “Kiyev əvvəl irəli sürdüyü konsepsiyadan uzaqlaşır.”- deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin iştirakı ilə Ukrayna üzrə “işçi qrupu”nun yaradılması ideyasını şərh edərkən bildirib.
Lavrov xatırladıb ki, Ukrayna tərəfinin irəli sürdüyü ilkin konsepsiya Ukraynanın bloklara qoşulmamaq, nüvə silahına malik olmamaq və neytral statusa zəmanət vermək öhdəliklərini özündə əks etdirən vahid sazişdən ibarət idi.
Konsepsiyada həm də zamin olan ölkələr tərəfindən Ukraynanın, Rusiyanın və bu regionun digər ölkələrinin təhlükəsizlik maraqlarını tam nəzərə almaqla, Ukraynaya müəyyən təminatlar vermək müddəası da var idi.
“İndi, dediyim kimi, Kiyev bu konsepsiyadan uzaqlaşır. Rasmussen Ukrayna rejiminin Qərb sponsorlarının dar bir dairəsində bəzi zəmanətlər vermək üçün çağırılıbsa və sonra bu Rusiyaya təqdim etməyə çalışılırsa, bu artıq çıxılmaz bir yoldur”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri RT Arabic-ə müsahibəsində bildirib.

Xəbəri paylaş

VİDEOLAR