KİV: Paşinyan mayda Moskvaya səfər edəcək

KİV: Paşinyan mayda Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan may ayında Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri mənbələrinə istinadən yazıb.

Vurğulanıb ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının may ayında keçiriləcək yubiley sammitində iştirak etmək üçün Rusiya paytaxtına yola düşəcək.

Qeyd edək ki, Aİİ-nin yubiley sammiti mayın 8-də Moskvada keçiriləcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin İttifaqın idarə heyətinin rəhbəri ilə görüşündə bildirib.

Xəbəri paylaş

VİDEOLAR