KİV: İranda peyk internetinin ilk qanuni operatoru olacaq

KİV: İranda peyk internetinin ilk qanuni operatoru olacaq

İran hökuməti yaxın gələcəkdə ölkədə peyk internetinin ilk operatoruna lisenziya verəcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Məlumata görə, baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Yahsat" şirkəti və onun provayderi "YahСlick" İran vətəndaşlarına peyk interneti xidməti göstərməyə hazırdır və İran hökuməti bu təşəbbüsü dəstəkləyir.

Müvafiq razılaşmanın dekabrın 15-də İranın Dubaydakı baş konsulluğunda baş konsulun və İranın Rabitə Nazirliyinin bir neçə nümayəndəsinin iştirakı ilə imzalandığı qeyd olunub. İmzalanma mərasimində iştirak edən BƏƏ nümayəndələri barədə məlumat açıqlanmayıb.

Xəbəri paylaş

VİDEOLAR