Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” rejiminin xarici işlər naziri Əmir Xan Müttəkiyə hücum edilib.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, o, Pakistana yola düşərkən Kabil Hava Limanı raket atəşinə tutulub.
Nəticədə hava limanının azı 3 əməkdaşı və bir neçə sərnişin xəsarət alıb. Nazirin xəsarət almadığı bildirilib.
Qeyd edilib ki, Əfqanıstanın paytaxtındakı hava limanına ümumilikdə 3 raket atılıb.