KİV: Boris Conson bu gün istefa verəcək

KİV: Boris Conson bu gün istefa verəcək

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək. 

Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib. 

Xəbəri paylaş

VİDEOLAR