Ukraynadakı münaqişəni ABŞ və Qərb ölkələri uzadır.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In bəyan edib.
O deyib ki, ABŞ birqütblü dünyanın və öz hegemoniyasının ayaqda qalması ilə bağlı “xəyali lovğa iddialara qapılır” və ABŞ Ukrayna münaqişəsini qızışdıran əsas “pərdəarxası element” olaraq qalmağa davam edir.
Kim Çen In ABŞ və Qərbin ağılsızcasına olan addımları ilə bağlı ciddi narahatlığını ifadə edib. O bildirib ki, kollektiv Qərb özünü “mümkün olmayan arzusu – Rusiyanı strateji məğlubiyyətə uğratmaq arzusu” naminə sözügedən müharibəni qəsdən uzadır.
O, ölkəsinin beynəlxalq ədalət və qlobal sülhə qarşı olan hərəkətlərin əleyhinə mübarizə apardığını, Şimali Koreyanın Hərtərəfli Strateji Həmkarlıq Razılığı çərçivəsində Rusiyanı dəstəkləməyə davam edəcəyini əlavə edib.
Həmçinin Kim Çen In Ukrayna münaqişəsinin 2025-ci ildə iki “əsas beynəlxalq gərginlik oxlarından” biri olaraq qalmağa davam edəcəyini proqnozlaşdırır. O qeyd edib ki, cari ildəki digər əsas gərginlik mənbəyi də Yaxın Şərqdəki, o cümlədən də Qəzza sektoru və Suriyadakı böhran olacaq.
Onun sözlərinə görə, ABŞ tərəfindən dünyanın müxtəlif nöqtələrində yaradılmış böhranlar “yeni dünya müharibəsinin başlanması təhlükəsini artırır“, insanın bütün fəaliyyət sahələrinə mənfi təsir edir.