Şimali Koreya ABŞ-lə istənilən hərbi toqquşmaya tam hazırdır.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, "Yonhap" agentliyinin verdiyi məlumata görə, bunu ölkə lideri Kim Çen In çərşənbə günü Koreya müharibəsinin başa çatmasının ildönümü münasibətilə çıxışında bildirib.
"ABŞ milli təhlükəsizliyimizi ciddi şəkildə təhdid edən genişmiqyaslı birgə təlimlər keçirərkən səhvən bizim bütün gündəlik fəaliyyətlərimizi təxribat və təhdid kimi qələmə verir. Bu, sözün əsl mənasında, quldur davranışıdır və KXDR ilə ABŞ arasında münasibətləri münaqişəyə və qarşısı alınmaz bir müstəviyə sövq edir. Buna görə də KXDR silahlı qüvvələri istənilən böhrana cavab verməyə tam hazırdır. Ölkənin nüvə qüvvələri də öz missiyasına uyğun olaraq “dəqiq və tez” gücünü nümayiş etdirəcək", deyə ölkə lideri bildirib.
Bundan əlavə, Kim Çen In bildirib ki, KXDR-ə hücum cəhdi olacağı təqdirdə Cənubi Koreya ordusu “məhv ediləcək”.