Keşişi səadətə çatdıraraq müsəlman edən DUA

Keşişi səadətə çatdıraraq müsəlman edən DUA

Rusiyalı bloqer Rəsul Tavdiryakov İslam dininin müqəddəs məkanlarına piyada səfər edən keçmiş pravoslav keşiş barədə məlumat verib.

Az.rasthaber.com “islamnews”-ə istinadən xəbər verir ki, keçmiş xristian din xadiminin İslama aparan yolu isə rus qızın səmimi duası ilə başlayıb.

Uzun müddət düşünürdüm ki, bu xəbəri paylaşım ya yox, (çünki) qorxurdum ki, bu hadisəni danışaraq həmin insan(lara)a və bəlkə də, bütün icmaya ziyan vura bilərəm, çünki kiməsə bunları eşitmək heç xoş olmayacaq. Lakin məsləhətləşərək və hər şeyi ölçüb-biçərək, mən baş verənləri sizə danışmaq qərarına gəldim“, - deyə bloqer bildirib.

Hər şey bununla başladı ki, kənd yerində yaşayan bir rus qız Mərkəzi Asiyadan olan miqranta ərə gedərək İslam dinini qəbul edib və hicaba keçib. Bu hadisədən acıqlanan həmkəndlilər onu təngə gətirməyə və hər vəchlə ona xor baxmağa başlayıblar. Həmin qız bir gün mağazaya gəldikdə, ona ərzaq satmaqdan imtina ediblər və onu qovmağa başlayıblar. Bu zaman mağazada kənd keşişi də olub, onun üçün ədalət və zəiflərin halına yanmaq hissi yad olmayıb. Keşiş insanlara xitab edərək bəyan edib ki, qızı öz himayəsinə götürür və həmkəndlisinin ünvanına səsləndirilən təhqirləri öz ünvanına səsləndirilən təhqirlər kimi qiymətləndirəcək“, - deyə o qeyd edib.

Mağazadan çıxdıqda, müsləman qız sakitcə keşişə çönərək ona “Allah sizi səadətə çatdırsın” deyə pıçıldayıb.

Bu sözlər keşişə çox təsir edib və o, İslam dinini araşdırmağa başlayıb. İslam dini ilə tanışlıq zamanı o, Allaha iman gətirmək və Məkkəyə piyada səfər etmək qərarına gəlib.

Tavdiryakovun sözlərinə görə, müsəlman olaraq Səid-Məhəmməd adını götürən keçmiş keşiş artıq Dağıstana çatıb.

Xəbəri paylaş

VİDEOLAR