Castin Uelbi bu barədə Twitter-dəki səhifəsində yazıb.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Kenterberi arxiyepiskopu Castin Uelbi İsa Məsihin ağ olmadığını söyləyib. O, bu barədə Twitter-dəki səhifəsində yazıb.
"İsa Yaxın Şərqdən idi, ağ deyildi. Bunu xatırlamağımız vacibdir", - deyə Anqlikan kilsəsinin ruhani lideri çağırış edib. O, həmçinin öz postunda bütün dünyaya qaradərili Məsihin "sevimli şəkillər"ni yayıb.
Əvvəllər Black Lives Matter Hərəkatının fəalı və keçmiş pastor Şon Kinq İsa Məsihin Avropa heykəllərini yıxmağa çağırmışdı. Onun sözlərinə görə, ağ dərili Məsih ağ irqin üstünlüyünü əks etdirir. Lakin, bir çoxları qeyd edirlər ki, hər bir millət İsa Məsihi özünə bənzədərək təsvir edir.
Son həftələrdə Amerika şəhərlərində irqçiliyə qarşı etirazlar getdikcə daha çox abidələrin təhqir edilməsinə və məhvinə səbəb olur. Məsələn, Konfederasiyanın Amerikanı kəşf etmiş dənizçi Xristofor Kolumb, ABŞ-ın ilk prezidenti və banilərindən olan Corc Vaşinqton, həmçinin milli himnin müəllifi Frensis Skott Ki kimi görkəmli xadimlərinin abidələrini dağıdıblar.
Jesus was Middle Eastern, not white. It's important we remember this.
— Archbishop of Canterbury (@JustinWelby) June 27, 2020
But the God we worship in Christ is universal, and the hope he offers is good news for us all. Here are some of my favourites images of Christ from around the world.
What are yours? pic.twitter.com/iXEUdJJFGQ