Keniyada keçirilən əş-Şəbab əməliyyatında təşkilatın 18 üzvü zərərsizləşdirilib

Keniyada keçirilən əş-Şəbab əməliyyatında təşkilatın 18 üzvü zərərsizləşdirilib

Keniya ordusunun Somali sərhədində keçirdiyi əməliyyatda “Əş-Şəbab” terror təşkilatının 18 üzvünün zərərsizləşdirildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, regional polis direktoru Corc Səda bildirib ki, Əş-Şəbab üzvlərinin bir neçə həftədir gizləndiyi Deqabon bölgəsində əməliyyat keçirilib.

Səda açıqlamasında deyib: “Əməliyyat zamanı “Əş-Şəbab”ın 18 üzvü öldürülüb.

Əməliyyatda təşkilata aid silah, partlayıcı və hərbi texnikanın da ələ keçirildiyi barədə məlumatı paylaşan Səda Əş-Şəbab üzvlərinin Somali sərhədindən Keniyaya daxil olduqlarını qeyd edib.

Somalinin Keniya sərhədində fəal olduğu bilinən Əl-Şəbab həftələrdir Somali ordusunun ağır hücumlarına məruz qalıb.

Xəbəri paylaş

VİDEOLAR