Kazimi və Tramp İŞİD, Türkiyə və koronavirusdan danışıblar

Kazimi və Tramp İŞİD, Türkiyə və koronavirusdan danışıblar

ABŞ Prezidenti Donald Tramp və İraqın Baş naziri Mustafa əl-Kazımi İŞİD ilə mübarizə və təhlükəsizlik sahələrində əməkdaşlığı vurğulayıblar.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Tramp və Kazımi Ağ Evdə ikitərəfli və heyətlərarası görüşlərindən sonra birgə bir bəyanat veriblər.
İraqın təhlükəsizlik qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya qüvvələrinin İŞİD-ı məğlub etmək üçün birlikdə çalışdıqlarına diqqət çəkilən bəyanatda "İŞİD-ın İraq və ya başqa bir millət üçün təhlükə yaratmayacağına əmin olmaq üçün birlikdə çalışmağa davam ediləcək" ifadəsi işlədilib.
Bəyanatda İraqın hərbi potensialını inkişaf etdirmək və ortaq maraqlar qarşısındakı təhdidlərlə mübarizə məqsədilə iki ölkə arasında uzunmüddətli təhlükəsizlik sahəsində əməkdaşlığa sadiq olunduğu təsdiqlənib və bildirilib:
"Təhlükəsizliklə bağlı əməkdaşlığımız iqtisadi, humanitar, siyasi və mədəni əməkdaşlığı genişləndirmək səylərimizin əsasına təkan verir".
Bəyanatda yeni növ koronavirus (Covid-19) pandemiyasının İraq xalqına fəaliyyət və xidmət göstərən və Orta Şərqdə sabitləşdirici qüvvə olan firavan və sabit İraqın qurulmasının vacibliyini bir daha nümayiş etdirdiyi vurğulanıb.

İraq baş naziri Türkiyənin İraqda əməliyyat keçirməsini də tənqid edib.

Kazimi həmçinin İraqın başqa ölkələrə hücumda istifadə olunacaq yer olmadığını da qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR