Kanadada yerləşən məscid 3 ay ərzində 6-cı dəfə vandalların hücumuna məruz qalıb.
Rasthaber xəbər verir ki, Kanadada yerləşən məscid 3 ay ərzində 6-cı dəfə vandalların hücumuna məruz qalıb.
Polisin məlumatına görə, Torontoda yerləşən məscidin pencələri sındırılıb.

Kanada Müsəlman Assosiasiyasından bildirilib ki, ibadətgah son zamanlar vandalların silsilə hücumlarına məruz qalır.
İyundan başlayaraq Torontodakı məscidə hücumlar zamanı onun şüşələri sındırılıb, divarlarına islamofob şüarlar yazılıb.
“Əvvəlki insident zamanı sındırılmış pencərələr yenicə düzəldilmişdi, indi yenidən onları dəyişmək lazımdır, 21 gündə 3-cü dəfə. Bu hadisələr qorxuducu tezliklə təkrarlanır və biz daha polisin hərəkətlərini gözləyə bilmərik”, – deyə qeyd edilib.
Toronto polisi isə iddia edir ki, məscidə edilən silsilə hücumları ciddi qəbul edir və araşdırma aparır.