Kanada öz vətəndaşlarına daxili münaqişənin olduğu Efiopiyanı dərhal tərk etmələri barədə təcili xəbərdarlıq edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Kanada hökuməti yaxın gələcəkdə kommersiya uçuşlarının məhdudlaşdırıla biləcəyini, Əddis-Əbəbə daxil olmaqla, ölkədəki vətəndaşlarına konsulluq xidməti göstərilə bilməyəcəyini bildirib və ölkədən dərhal çıxmalarını istəyib.
Daha əvvəl də Türkiyə, Fransa, İngiltərə və Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla bir çox ölkə tərəfindən Efiopiyadakı vətəndaşlarına oxşar çağırış edilib.
Qeyd edək ki, ölkədəki Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) və müttəfiqi Oromo Azadlıq Ordusunun paytaxt Əddis-Əbəbəyə yaxınlaşması təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Efiopiya hökuməti 2 noyabrda cənuba irəliləyişlərini davam etdirən “TPLF”-nin hücumları səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib və üsyançı TPLF-nin paytaxt Əddis-Əbəbəyə mümkün hücumlarına qarşı müdafiə əməliyyat qrupları yaradıb.
Bir ildən bəri ölkənin şimalında davam edən qarşıdurmalar 2,5 milyon insanı köçkün vəziyyətinə salarkən, bölgədə 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.