Kadırovdan İsrailə Qüds xəbərdarlığı

Kadırovdan İsrailə Qüds xəbərdarlığı

Çeçenistan prezidenti Ramzan Kadırov İsrail polisinin son günlər Qüdsdəki vəhşiliklərinə etiraz edib

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov İsraildən Qüdsdə fələstinlilərə qarşı zorakılıqlara dərhal son qoymağı tələb edib və Əl-Əqsa məscidinə qəsdlərin pis nəticələrinin miqyasları barədə xəbərdarlıq edib.

O deyib ki, İsrail qüvvələrinin müqəddəs Ramazan ayında cümə günü Əl-Əqsa məscidində keçirdiyi əməliyyat “ən kəskin formadakı təxribatdır”.

Kadırov bildirib ki, “hər bir halda” müqəddəs Qüds şəhərindəki özbaşınalıqlara son qoyulacaq, çünki müsəlmanları Əl-Əqsa məscidinə qarşı sonsuz qəsdlərin və müsəlmanlara qarşı repressiyaların sonunu gözləməyəcəklər.

“Biz, müsəlmanlar, heç kəsə bizim müqəddəs məkanımızla zarafat etməyə imkan verməyəcəyik. Əgər lazım gələrsə, Əl-Əqsanı qorumaq üçün və dinimiz naminə canımıza da yazığımız gəlməyəcək”, – deyə o qeyd edib.

Kadırov sonda İsraili gec olmadan ağlını başına yığmağa, üzr istəməyə və münaqişənin yoluna qoyulması istiqamətində addım atmağa səsləyib.

Xəbəri paylaş

VİDEOLAR