O ABŞ dövlət katibi Mayk Pompeoya qarşı sanksiya tətbiq edib.
Rasthaber Azərbaycan Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu haqda “Grozny.TV” bildirib.
Qeyd olunur ki, Çeçenistan başçısı Ramzan Kadırov ABŞ dövlət katibi Mayk Pompeoya qarşı sanksiya tətbiq edib.
Kadırov xatırladıb ki, daha öncə Pompeonu Çeçenistana qonaq çağırsa da, artıq bunu edə bilməz.
“Vəssalam, dəvəti ləğv edir və ona qarşı respublikamızda mövcud olan bütün sanksiyaların tətbiqini elan edirəm”, – deyə o qeyd edib və əlavə edib ki, Pompeonun bütün hesabları da dondurulacaq.
O deyib ki, Vaşinqtonun nəyə görə onu və ailəsini “qara siyahıya” daxil etdiyini anlamır və bu cür rəftar “heç bir siyasətə sığmır”.
Xatırladaq ki, ABŞ Ramzan Kadırovu “qara siyahıya” daxil edib.