Kadırov: Quranın yandırılması Avropa ölkələrinin təxribat üsuludur

Kadırov: Quranın yandırılması Avropa ölkələrinin təxribat üsuludur

Quranın yandırılması ilə bağlı aksiyaların baş verdiyi Avropa ölkələrinin hakimiyyət orqanları dini ədavəti qızışdırmaq üçün təxribatçı üsullardan istifadə edir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmi "Telegram" kanalında yazıb. 

"Avropa qəsdən və bilərəkdən təxribatçı üsullarla dini nifrəti qızışdırırlar ki, müsəlmanlar nəyin bahasına olursa olsun müqəddəs kitabı müdafiə etsinlər və sonra bu müsəlmanları cinayətdə ittiham etsinlər", deyə Kadırov qeyd edib. 

Onun sözlərinə görə, ölkə liderləri hücumları inkar edir və aksiyaların hakimiyyətin icazəsi ilə polisin nəzarəti altında keçirilməsinə susurlar.

Cümə günü Danimarkanın Ankaradakı səfiri Denni Annan Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Danimarka hakimiyyət orqanlarının Kopenhagendə Türkiyənin səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı aksiyanın keçirilməsinə razılıq verməsidir.

Xəbəri paylaş

VİDEOLAR