Kabildə əsasən şiə müsəlmanların yaşadığı məhəllədə baş verən partlayışlarda 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, ötən ilin avqustundan - Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən bəri, İŞİD terror qruplaşması bu ölkədə bir çox hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumata görə, çərşənbə axşamı Əfqanıstanın paytaxtında şiələrin yaşadığı Həzara rayonunda oğlanlar məktəbinin qarşısında törədilən iki partlayış nəticəsində azı 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Kabil polisinin sözçüsü Xalid Zadran "Kabilin şiələrin məskunlaşdığı Daşti Berçi rayonunda Əbdül Rəhim Şəhid məktəbinin qarşısında iki partlayış baş verib, 6 nəfər həlak olub", - deyə bildirib.
Qeyd edək ki, Əfqanıstanın müvəqqəti Taliban hökumətinin rəsmiləri hələlik insidentlə bağlı açıqlama verməyib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Əfqanıstanın paytaxtı Kabildə məktəbə törədilən ikiqat terror aktını pisləyərək bildirib:
"Təkfirçi əclaflar növbəti dəfə qətl törədib, Əfqanıstan torpağını günahsız uşaqların qanı ilə suvarıblar. Biz Əfqanıstan hakimiyyətini bu terror aktlarının icraçılarını və təhrikçilərini tapmağa çağırırıq",