Hadisənin şahidi bildirib ki, çərşənbə axşamı bir qrup terrorçu Əfqanıstanın paytaxtındakı partlayış baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə toqquşma baş verib.
Az.rasthaber.com "Sputnik"-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə hərbi xəstəxanaya hücum zamanı Taliban qüvvələrinin komandirlərindən biri öldürülüb.
Bu barədə Talibandakı mənbədən məlumat verilib.
"Kabil korpusunun komandiri Həmdullah İŞİD hücumu nəticəsində öldürülüb", - deyə qeyd edilib.
Başqa bir mənbə isə, bu xəbəri təkzib edir.