Kabildə qadınlar Talibanın təhsillə bağlı qadağasına görə etiraz aksiyası keçirirlər

Kabildə qadınlar Talibanın təhsillə bağlı qadağasına görə etiraz aksiyası keçirirlər

Bu gün Əfqanıstanın bir sıra şəhərləri, eləcə də paytaxt Kabil qadınların etiraz aksiyalarının şahidi olub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün Kabildə Taliban hökumətinin qadınların universitetlərə getməsini qadağan etməsinə etiraz əlaməti olaraq qadınlar tərəfindən etiraz aksiyaları keçirilib.

Məlumata görə Taliban hökumətinin təhlükəsizlik qüvvələri aksiyaya qatılan qadınlardan bəzisini, eləcə də üç jurnalisti saxlayıb.

Qadınlar bəzi universitetlərə girməyə cəhd edərkən, obyektlərin işıqları kəsilib.

Əfqanıstanın daxili və xaricində qadınların ali təhslinə qarşı qadağanı pisləyən çoxsaylı bəyanatlar verilməkdədir.

Xəbəri paylaş

VİDEOLAR