Bu gün səhər Kabildə məscidə edilən silahlı hücumda altı nəfər həyatını itirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin Kabil Polisinin sözçüsü bu gün yerli mətbuata bildirib ki, hücum paytaxtın Xacə-Ruvaş məntəqəsində bir silahlı tərəfindən həyata keçirilib və bu, altı nəfərin ölümü ilə nəticələnib.
Bu hücumu hələ heç bir qrup öhdəsinə götürməyib.
Qeyd edək ki, Əfqanıstanda məscidlərə hücumları adətən İŞİD-in ölkə üzrə qanadı “Xorasan Vilayəti” öhdəsinə götürür.