Əfqanıstanın Kabil şəhərində İranın "İRİB" xəbər agentliyinin operatoruna ən azı 7 dəfə atəş açılıb
Rasthaber Azərbaycan xəbər verir ki, hücuma məruz qalan Əlirza Şərifidir və o, bu sui-qəsddən sağ qurtarıb.
Atışma zamanı sürücülük edərkən güllələrdən biri onun üz nahiyəsinə dəyib. Motosikldə olan iki nəfər onu hədəfə alaraq, hadisə yerindən qaçıb.
Hazırda Taliban "İRİB"in operatorunun təhlükəsizliyi ilə bağlı məsuliyyəti üzərinə götürüb.
Əlirza Şərifi on ildir ki, "İRİB" xəbər agentliyinin operatorudur. Hücum zamanı avtomobildə onun həyat yoldaşı və uşağı da olub.
Hücuma görə heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib