Əfqanıstanın paytaxtı Kabildə çinli iş adamları və mütəxəssislərinin olduğu otel yaxınlığında bir neçə ardıcıl partlayış baş verib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Kabildə yerli sakinlər məlumat veriblər.
Şahidlərin məlumatına görə azı 4 partlayış eşidilib və daha sonra güllə səsləri gəlməyə başlayıb.
İlkin məlumata görə partlayışlar çinli iş adamları və mütəxəssislərinin olduğu və Yeni-Kabil məntəqəsində yerləşən oteldə və ya onun yaxınlığında baş verib.
Taliban hökuməti hələ bu barədə rəsmi məlumat yaymayıb.
Ölən və yaralananların olduğu bildirilir.