Kabildə Çin iş adamlarının olduğu otelə hücumu İŞİD üzərinə götürüb

Kabildə Çin iş adamlarının olduğu otelə hücumu İŞİD üzərinə götürüb

Dünən Əfqanıstanın paytaxtı Kabildə çinli iş adamları və diplomatlarının olduğu otelə hücumu İŞİD terror təşkilatı üzərinə götürüb.

Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə terror təşkilatı Teleqram-dakı hesabları üzərindən məlumat yayıb.

Qeyd edək ki, Taliban hökumətinin Daxili İşlər Nazirliyi hücumla bağlı məlumat yayaraq, bildirib ki, burada 3 nəfər ölüb və 17 nəfər yaralanıb.

Məlumata görə yaralananlar arasında xarici ölkələrin vətəndaşları da var.

Ölənlər isə hücum edən şəxslərdir.

Xəbəri paylaş

VİDEOLAR