Josep Borrell: İranın daxili işlərinə qarışmaq niyyətində deyilik

Josep Borrell: İranın daxili işlərinə qarışmaq niyyətində deyilik

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali rəsmisi bildirib ki, rəhbərlik etdiyi qurum İranın daxili işlərinə qarışmaq fikrində deyil.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Josep Borrell bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla söhbətində deyib.

Bu söhbətdə sanksiyaların ləğvi ilə bağlı danışıqlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə dair son hadisələr, habelə İrandakı son məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əmir Abdullahiyan Josep Borrellin bütün tərəflərin sazişdəki öhdəliklərinə qayıtmasına kömək etmək üçün konstruktiv səylərini yüksək qiymətləndirərək deyib: Amerika tərəfinin bəzi ziddiyyətli media bəyanatlarına baxmayaraq, razılığa gəlmək üçün atılan addımlar hazırda düzgün yoldadır və bu baxımdan, Beynəlxalq Agentliyin əməkdaşlığını yüksək qiymətləndiririk. Biz Beynəlxalq Atom Enerjisi Agentliyini texniki işləri istiqamətdə alqışladıq.

İranın xarici işlər naziri əlavə edib: “Sülh tələbləri xaos, qətl, yandırma, terror əməliyyatlarından ayrı məsələdir”.

Borrell bu telefon danışığında nüvə sazişinin bərpası yolunda əldə edilən irəliləyişdən və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında əməkdaşlığın əhəmiyyətindən məmnunluğunu ifadə edib.

Avropa Birliyinin Ali rəsmisi əlavə edib: Biz İranın daxili işlərinə qarışmaq fikrində deyilik.

Bundan əlavə, o, Avropada bəzi sərt mövqelərə işarə etməklə yanaşı, Avropa İttifaqı ilə İran arasında mümkün qədər əməkdaşlığın zəruriliyini vurğulayıb.

Sonda Borrell Ukrayna müharibəsində istifadə olunacaq silah və pilotsuz təyyarələrin göndərilməməsinin vurğulanması ilə bağlı İranın izahatlarına işarə və bunu diqqətə layiq hesab edib.

Xəbəri paylaş

VİDEOLAR