Jerusalem Post: İsrail İran və ABŞ arasında hər hansı razılaşmadan narahatdır

Jerusalem Post: İsrail İran və ABŞ arasında hər hansı razılaşmadan narahatdır

Omanda ABŞ-İran danışıqlarının vaxtı yaxınlaşdıqca, İsrail mənbələri Tehran və Vaşinqton arasında hər hansı mümkün razılaşmadan son dərəcə narahatdırlar.

Az.rasthaber.com xəbər verir ki, İsrail mənbələri “Jerusalem Post” qəzetinə bildiriblər ki, Təl-Əvivdə ABŞ prezidenti Donald Trampın İranla “məhdud” nüvə sazişinə razılıq verməsi ehtimalı ilə bağlı ciddi narahatlıq var.

Bu xəbərin yayılması Tehran və Vaşinqton arasında nüvə danışıqlarının canlandırılması səyləri ilə bağlı spekulyasiyaların artması ilə yanaşı, analitiklərin diqqətini Tramp administrasiyasının İranın nüvə problemi ilə bağlı mümkün mövqeyinə yönəldib.

Bununla bağlı ABŞ dövlət katibi Marko Rubio cümə axşamı yerli vaxtla Donald Trampın başçılıq etdiyi ölkə hökumətinin Amerika televiziya kanallarında canlı yayımlanan iclasında əlavə edib: “Şənbə günü ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uittakerlə İranın yüksək səlahiyyətli rəsmisi arasında söhbət aparılacaq”.

Rubio şənbə günü Omanda İran-ABŞ danışıqları haqqında deyib: "Ümid edirik ki, bu danışıqlar sülhə gətirib çıxaracaq".

Xəbəri paylaş

VİDEOLAR