İzzəddin Əl Qəssam-ın sözcüsü Əbu Ubeydənin zəfər açıqlaması

İzzəddin Əl Qəssam-ın sözcüsü Əbu Ubeydənin zəfər açıqlaması

İsrailin təktərəfli atəşkəs elan etməsi və HƏMAS-ı atəşkəsə qarşılıqlı əməl etməyə çağırmasından sonra "İzzəddin Əl Qəssam"ın sözcüsü açıqlama verib

İsrailin təktərəfli atəşkəs elan etməsi və HƏMAS-ı atəşkəsə qarşılıqlı əməl etməyə çağırmasından sonra "İzzəddin Əl Qəssam" briqadasının sözcüsü Əbu Ubeydə açıqlama verib.
Əbu Ubeydənin çıxışı zamanı "Ey Qüds, Qərb Sahili və Qəzzadakı böyük xalqımız, ey millətimiz, Fələstin müqavimətində Qüds qılıncı ilə Əl-Əqsa və Qüds üçün döyüşdük. Allahın yardımı ilə uşaqları qətlə yetirmək və binaları yıxmaqla öyünən düşməni və ordusunu rəzil etməyə müvəffəq olduq. Xayfadan Ramona qədər işğal altında torpaqların hamısını əhatə edən bir hücum hazırladığımızı açıq bir şəkildə deyirik, ancaq cümə günü səhər 2-yə qədər düşmənin davranışını izləmək üçün atəşkəsə qarşılıqlıq vermək qərarına gəldik.", -deyə bildirib.
 
Əbu Ubeydə Əqsa məscidinə hücum olarsa, cavab verəcəklərini də önə çəkib.
Qəzzadakı müqavimət qrupları da Əbu Ubeydənin açıqlamalarını təsdiqlədiklərini ifadə ediblər.

Xəbəri paylaş

VİDEOLAR