İtaliyada koronavirusdan ölənləri sayı 223 oldu

İtaliyada koronavirusdan ölənləri sayı 223 oldu

İtaliyada bir gün ərzində koronavirusa yoluxanların ümumi sayı 1,2 min nəfər artaraq 5,8 min nəfərə çatıb.

Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədə 223 nəfər infeksiyanın qurbanı olub.

A.Borrellinin sözlərinə görə, bir gün ərzində 36 nəfər koronavirusdan ölüb.

Ötən gün ölkədə virusa 800 nəfər yoluxub. Cümə gününə olan məlumata görə, İtaliyada 4 636 nəfərə koronavirus diaqnozu qoyulub. 

Xəbəri paylaş

VİDEOLAR