İtaliyada hicablı müsəlman qadın döyülüb

İtaliyada hicablı müsəlman qadın döyülüb

İtaliyada hicablı müsəlman qadının döyülməsi Əl-Əzhər Ekstremizmlə Mübarizə Mərkəzinin reaksiyasına səbəb olub.

Az.rasthaber.com xəbər verir ki, bəzi İtaliya mətbuatının verdikləri məlumata görə, İtaliyanın şimal-şərqindəki Venesiya şəhərində 29 yaşlı Banqladeş əsilli müsəlman qadın hicab taxdığı üçün üç qadın tərəfindən döyülüb.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, üzləşdiyi döyülmə səbəbindən polisə müraciət edən bu qadının sağalması üçün 5 gün lazımdır.

Bununla əlaqədar Əl-Əzhərin ekstremizmlə mübarizə təşkilatı bu hadisəni pisləyən bəyanat yayaraq, nifrət ifadəsi ilə terrorizm cinayətləri arasında heç bir fərq olmadığını vurğulayıb.

Eyni zamanda, adıçəkilən mərkəz, bu kimi cinayətlərə qarşı mübarizə edilməsini istəyib. Həmçinin başqalarına qarşı hər hansı irqçi hərəkətlərə son qoyulması üçün ciddi tədbirlər görülməli olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR