İƏT sionist nazirin Məscidül-Əqsaya basqınını pisləyib

İƏT sionist nazirin Məscidül-Əqsaya basqınını pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sionist rejimin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsaya basqın etməsinə reaksiya verib və və Ben Qvirin basqını sionist rejimin Məscidül-Əqsanın tarixi və hüquqi status-kvonunu dəyişmək cəhdinin bir hissəsidir.

Az.rasthaber.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının verdiyi bəyanatda Ben Qvirin Hərəmi-Şərifə basqını müsəlmanların hisslərinə qarşı təxribat, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirilib və işğal altındakı Şərqi Qüdsdə davam edən bu cür pozuntuların nəticələrinə görə tamamilə sionist rejim hökumətinin məsuliyyət daşıdığı bildirilib.

Xatırladaq ki, dünən bir qrup sionist mühacirlər sionist rejimin radikal və ekstremist naziri İtamar Ben Qvirin müşayiəti ilə növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər.

Xəbəri paylaş

VİDEOLAR