İƏT İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu kəskin pisləyib

İƏT İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu kəskin pisləyib

“İslam Əməkdaşlıq Təşkilatı İsrailin işğalçı qüvvələrinin Cenin şəhərinə və onun qaçqın düşərgəsinə davamlı hərbi müdaxiləsini və xüsusilə də bu gün, 26 yanvar 2023-cü il tarixində işğal olunmuş Fələstin ərazisində törədilmiş intensiv cinayətləri kəskin şəkildə pisləyir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı tvitter səhifəsində bəyanat verib.

Bəyanatda deyilir:

“İslam Əməkdaşlıq Təşkilatı İsrailin işğalçı qüvvələrinin Cenin şəhərinə və onun qaçqın düşərgəsinə davamlı hərbi müdaxiləsini və xüsusilə də bu gün, 26 yanvar 2023-cü il tarixində işğal olunmuş Fələstin ərazisində törədilmiş intensiv cinayətləri kəskin şəkildə pisləyir. Bu hücum nəticəsində 9 Fələstin vətəndaşının ölümü qeydə alınıb, aralarında ağır vəziyyətlilər də olmaqla çox sayda yaralı var. Təşkilat İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzü və terrorunun genişlənməsini təcəssüm etdirən bu dəhşətli cinayətə görə işğalçı rejimi tam məsuliyyət daşıdığını bildirir və bu gündəlik hücumlara son qoymaq üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırır. Bu cinayətlərin günahkarları məsuliyyətə cəlb edilməli və Fələstin xalqının beynəlxalq müdafiəsi təmin edilməlidir.”

Xəbəri paylaş

VİDEOLAR