İƏT Əfqanıstanda məscidlərin partladılması ilə bağlı Talibana çağırış edib

İƏT Əfqanıstanda məscidlərin partladılması ilə bağlı Talibana çağırış edib

İslam Əməkdaşlıq Təşkilatı Kabildə ötən gün bir məsciddə həyata keçirilən partlayışdan sonra Talibana çağırış edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı rəsmi tvitter səhifəsi üzərindən Əfqanıstanda məscidlərdə baş verən partlayışlarla bağlı bəyanat yayıb.

Bu bəyanatda Kabildə ötən gün “Xəlifə-Sahib” məscidində törədilən partlayış kəskin pislənilib və Talibana çağırış edilib.

İƏT Taliban hökumətindən bu cinayəti törədənlərə qətiyyətli cavab verilməsini istəyib.

Qeyd edək ki, ötən günkü hücumda 10 nəfər ölüb. Həmçinin ötən həftənin cümə axşamı və cümə günündə Məzar-Şərif və Kunduzdakı məscidlərdə həyata keçirilən partlayışlarda 80 nəfərə yaxın insan həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR