İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərşənbə, axşam saatlarında bu təşkilatın icraiyyə komitəsinin xarici işlər nazirləri səviyyəsində HƏMAS-ın Siyasi Ofisinin mərhum rəhbəri, şəhid İsmayıl Həniyənin terror edilməsi ilə bağlı fövqəladə iclasının yekun bəyanatında sionist rejimin bu hərəkətini qətiyyətlə pisləyib və bu terror aktının İranın suverenliyinə hücum olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının iclasının yekun bəyanatında bildirilir: “İsmayıl Həniyyənin Tehranda olduğu vaxt terror edilməsini qətiyyətlə pisləyirik. Biz İsraili bu günahkar təcavüzə görə tam cavabdeh bilirik.”
Bəyanatda vurğulanır: “Həniyyənin terror edilməsi təcavüzkar cinayət və beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır. Bu terror İranın suverenliyinə, regional sağlamlığına və təhlükəsizliyinə qarşı hücumdur.”