İsveçdə Quranı yandırdılar, etirazlar, qarşıdurmalar başladı

İsveçdə Quranı yandırdılar, etirazlar, qarşıdurmalar başladı

İsveçdə müqəddəs Qurani-Kərimin sağçı-radikallar tərəfindən yandırılması iğtişaşlara səbəb olub, azı 10 nəfər tutulub.

Rasthaber xəbər verir ki, İsveçin cənubunda müqəddəs Qurani-Kərimin sağçı-radikallar tərəfindən yandırılması iğtişaşlara səbəb olub, azı 10 nəfər tutulub.

Xatırladaq ki, cümə günü ekstremistlər Malmö şəhərinin müsəlman-miqrantların çoxluq təşkil etdiyi Rusenqord rayonunda müqəddəs kitabın nüsxəsini yandırıblar. İslamofob tədbirdə danimarkalı siyasətçi Rasmus Paludan da iştirak etməyi planlaşdırsa da, o, sərhəddə polis tərəfindən saxlanılıb.

Paludan keçmiş də müsəlmanlara qarşı təhqirlərə yol verib. Siyasətçi ekstremizmə dair qanunlar pozduğu üçün Danimarkada həbs edilmişdi.

Müsəlmanların müqəddəsatına qarşı təhqirlərə yol verən radikalların hərəkətləri yerli müsəlmanların qəzəbinə səbəb olub və şəhərdə işğtişaşlar baş verib.

“Əgər onlar Qurani-Kərimi yandırmasa idilər, bütün bunlar baş verməzdi”, – deyə şəhərin müsəlman sakinlərindən biri SVT telekanalına verdiyi müsahibədə bildirib.

Xəbəri paylaş

VİDEOLAR